Türkiyənin tanınmış aktyoru Dursun Ali Sarıoğlu dünyasını dəyişib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, teatr, kino və seriallarda tamaşaçıların qarşısına çıxan aktyor Dursun Ali Sarıoğlu vəfat edib. Maddi sıxıntılar ucbatından ibtidai sinifdən sonra təhsilini davam etdirməyən Sarıoğlu gənclik illərindən səhnəyə çıxaraq, peşəkar aktyora çevrilmişdi. 81 yaşında həyata vida edən aktyor “Ana”, “Çat çat çat, kel Behzat”, Yaşasın kötülük”, “Tatlı kaçıklar” kimi seriallara çəkilib.
www.yenicag.az