Portuqaliyalı futbolçu Kriştiano Ronaldo argentinalı ulduz Lionel Messiyə “İlin ən yaxşı futbolçusu” mükafatı təqdim olunarkən kitab oxuduğu şəklini paylaşıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Barselona”nın ulduz futbolçusu Lionel Messi əzəli rəqibi Ronaldo və hollandiyalı Virgil van Diyki geridə qoyaraq, FİFA tərəfindən 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
Lakin Ronaldo ilin ən yaxşılarının mükafatlandırıldığı mərasimə qatılmayıb. İllərdir, meydanda və meydandan kənarda rəqabətdə olan iki superulduz bir-birilərinin mükafat almalarını dəfələrlə şahidlik ediblər.
Ancaq bu dəfə Ronaldo Messinin zəfərini müşahidə etməyi lazım bilməyib. O, “Instagram”da etdiyi paylaşımla mərasimi heç televizordan da izləmədiyinə dair mesaj verib.
Fotodan da göründüyü kimi, Ronaldao sözügedən mərasim vaxtı başını kitabla “qatırmış”.
Firuzə Alimova
www.yenicag.az