"Messi və Ronaldonu öldürməliyəm" - Mario Balotelli

media-hightechnic-468x90

İtaliya millisinin və “Nitsa”nın futbolçusu Mario Balotelli maraqlı açıqlaması ilə yadda qalıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, jurnalistin “Qızıl top”u qazanmaq şansın nə qədərdir?” sualına “Bunun üçün əvvəlcə Ronaldo və Messini öldürməliyəm” cavabını verib.

Onun sözlərinə görə, son 9 ildə sözügedən mükafat uğrunda yalnız adıçəkilən futbolçular yarışır. Və buna görə də Balotellinin şansı elə də çox deyil: “Karyeramda etdiklərimə baxıram. Fikrimcə, bunlar yetərli deyil. “Qızıl top”u qazanmaq üçün daha çoxunu etməliyəm”.

Bundan başqa italiyalı forvard karyerasını hansı klubda bitirmək istədiyini də açıqlayıb:
“Bir gün “Palermo”da çıxış edəcəm. Hətta karyeramı doğulduğum şəhərin klubunda başa vurmaq istəyirəm. Amma indi deyil, hələ çox gəncəm”.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05