Mətanət GİZLİNLƏRİ AÇDI: “Onsuz da neynirsən, hamı bilir”
“Konsertdən sonra əməliyyat olunacağam”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Qonaqcanlı” verilişində qonaq olarkən deyib.
Son illər plastik və estetik əməliyyatları ilə tez-tez gündəmə gələn sənətçi, xarici görünüşündə növbəti dəfə dəyişiklik etdirəcəyini bildirib:
“Əməliyyat etdirəcəyəm, xalqımdan da heç nəyi gizlətmirəm. Çünki Allahdan gizli deyilsə, bəndədən nəyi gizlədim? Bakı balaca şəhərdir, nə etsən, hamı bilir. Yalan danışmaq insanı gözdən salır. Üzgərmə əməliyyatına gedəndə bu qədər narahat deyildim, amma indi həyəcanlıyam. Yenə də ürəklənib bu addımı atacam.
Övladlarım qızım və oğlum buna razı deyillər, mənim üçün çox qorxurlar. Çünki istənilən halda əməliyyat riskli bir prosesdir. Amma alnımıza nə yazılıbsa, o da olacaq”.
Nehru













