Mətanətdən QALMAQALLI AÇIQLAMA: “Bir gəlin bir nəsli bədbəxt edir”

media-hightechnic-468x90

“Heç vaxt gözüyumulu evlənməyin. Bəzən bir gəlin bir nəsli bədbəxt edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Mətanət İsgəndərli “Qonaqcanlı” verilişində deyib.

Sənətçi ailə qurarkən hər bir valideyni diqqətli olmağa səsləyib:

“Heç vaxt gözüyumulu evlənməyin. Bəzən bir gəlin bir nəsli bədbəxt edir. Əvvəllər evlənəndə deyirdilər ki, “bir qızın yeddi arxa dönənini, bütün əslini-nəslini, kökünü öyrənməlisən”. Amma indi deyirlər ki, “əşi, nə edirəm e, qızın əslini-nəslini, bəyəm onun sülaləsini alıram?”

Bu, doğru fikir deyil, bəzən keçmiş nəsildə, kökdə elə bir xarab adam var, qız ona oxşayır. Buna görə də qız almaq, qız vermək elə də asan iş deyil. Mən oğlumu gözüyumulu evləndirdim, başım çəkdi. Hələ də başım çəkir. Cavan deyiləm, bu yaşımda nəvəyə baxan vaxtımdır? Amma üç uşağa baxıram”.

Nehru

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600