Metro ticarətçiləri yenidən aksiya keçirdilər

media-hightechnic-468x90

kjhuihu10 gün öncə ticarət obyektləri Metropoliten İdarəsi tərəfindən bağlanan metro ticarətçiləri bu gün yenidən “Neftçilər” metrostansiyasına toplaşıblar və etirazlarını bildirirlər.

Ticarətçilər öz mallarını yığışdırıb apardıqlarını deyiblər və əlavə ediblər ki, indi də bir müddət öncə metro tunellərində yer almaq üçün Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovun adamına verdikləri pulları geri istəyirlər.

Reportyorumuzun verdiyi xəbərə görə, kortəbii və yalnız şikayət xarakterli aksiya keçirən ticarətçilərin sayı əlliyə yaxın olub. Ətrafda polis qüvvələri əvvəlcə müdaxilə etməsələr də, zamanla hərəkətə keçiblər və ticarətçilərdən keçidi tərk etmələrini tələb edib, daha sonra onları sıxışdıraraq keçiddən çıxarıblar.

Reportyorumuz xəbər verir ki, ticarətçilərin metrostansiyasının yaxınlığında toplaşması davam edir.

Qeyd edək ki, bundan əvvəl ticarətçilərin keçirdikləri aksiyalar heç bir nəticə verməyib, onları “20 Yanvar” metrostansiyası istisna olmaqla bütün metro tunellərindən kənarlaşdırıblar.

musavat.com

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600