Millət vəkili Konstitusiya Məhkəməsinin qərarını şərh etdi

media-hightechnic-468x90

7354İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli moderator.az-a açıqlamasında Konstitusiya Məhkəməsinin son qərarını şərh edib:

“Konstitusiya Məhkəməsinin bankların xeyrinə çıxardığı qərar dollarla verilmiş kreditlərlə bağlı mübahisəyə hüquq müstəvisində nöqtə qoysa da, digər müstəvilərdə mövcud olan və törəmə problemləri də həll etməkdən ötrü əlavə işlərin görülməsinə ehtiyac var.
Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair qərarı əslinə gözlənilən idi. Ya bu məsələyə əlavə aydınlıq gətirilməsi qanunvericiliyə əlavə və dəyişikliklər konteksində Milli Məclisə tövsiyyə olunacaqdı, ya da bankların xeyrinə birbaşa qərar çıxarılacaqdı. İkinci variant seçildi.

Tərəflərin birinin xeyrinə qərar çıxarıldıqdan sonra qərarın mətnində tərəflərin maraqlarının konfliktindən maraqların balanslaşdırılmasına cəhd edilsə də, əslinə bu mübahisə bankların xeyrinə həll edildi. Yəni manatın 21 fevral devalvasiyasından sonra həm dollarla krediti olan əhali, həm də banklar xeyli xoşagəlməz problemlərlə rastlaşıblar. Əhali kreditlərini manatın dollar olan köhnə məzənnəsi ilə, yəni 1 dollar – 78 qəpik nisbəti ilə, banklar isə yeni məzənnə ilə, yəni 1 dollar – 1 manat 5 qəpik nibəti ilə ödənilməsini istəyirdi. Bu dilemmadan elə çıxış yolu tapmaq lazım idi ki, ”nə şiş yansın, nə də kabab”, yəni risk elə bölünməli idi ki, həm bankların, həm də dollarla kredit alanların maraqları eyni dərəcədə təmin olunsun. Amma bu məsələ çox mürəkkəb bir məsələ olduğundan, onu yalnız hüquq müstəvisində bu cür balanslı şəkildə həll etmək mümkünsüzdür. Belə də oldu.

Konstitusiya Məhkəməsinin sözügedən qərarında “əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin” cümləsi əhalinin itkilərini azaltmaq üçün zəruri tədbirlərin görülməsinin vacibliyinə işarə olsa da, əslində heç bir hüquqi gücü yoxdur və həm də həmin məhkəmənin kompitensiyasına aid məsələ deyil. Çünki Konstitusiya Məhkəməsi vəzifəsi xarici valyutada verilmiş kreditlərlə bağlı qanunvericilikdə öz əksini tapmış məqamlara şərh vermək idi və bunu də etdi. Sözügedən cümlədən də göründüyü kimi, həmin yumşaldıcı tədbirlərin “bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi” nəzərdə tutulur. Bank da deyəcək ki, mənim maliyyə imkanlarım sizin aldığınız kreditin faiz dərəcəsini 28 faizdən 25 faizə endirməyə, qaytarılma müddətin isə 12 aydan -18 və ya 24 aya qədət üzatmağa imkan verir. Əslində manat ətrafında yaranmış yeni situasiyada belə qərarın özü də kredit alanın yox, bankın xeyrinə sonunclanması ehtimalı daha böyükdür. Çünki hazırkı şəraitdə heç kim təminat verə bilməz ki, manatın dollar nisbətində məzənnəsi bir ildən sonra da indiki 1 dollar – 1 manat 5 qəpik nisbətində qalacaq. Əgər əsas mübahisə obyekti manatın dollara olan məzənnə nisbətidirsə, manatın məzənnəsi yenidən enməyə başlasa, kredit müddətinin uzadılması kredit alanın öz borcunu daha yüksək məzənnə ilə ödəməsinə gətirib çıxara bilər. Bu isə problemli kreditlərin həcmini daha da artıra bilər. Ona görə də bu məqamı nəzərə alaraq xarici valyuta ilə kredit alanların bir hissəsi nəyin bahasına olursa olsun, borclarını elə indi bağlamaq variantına üstünlük verirlər. Amma bu hamının imkanı daxilində olan məsələ deyil. Ona görə də əhalinin də maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə güzəştli şərtlərin tətbiqi üzrə real təsiri olan tədbirlərin həyata keçirilməsi də çox vacibdir.

Bütün bunlar göstərir ki, manatın 21 fevral devalvasiyasında sonra yaranmış yeni situasiya iqtisadiyyatı həm bilavasitə istehsalla bağlı olan, həm maliyyə, həm də sosial sektorunda yaratdığı yeni problemlər öbyektiv təhlil edilməli, real sektorun rəqabət qabiliyyətli hərtərəfli inkişafı, maliiyə sektorunun, onun mühüm tərkib hissəsi olan bank sektorunun sağlamlaşdırılması, sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılması istiqamətində qısa, orta və uzun müdətdə səmrə verə bilən tədbirlərin effektiv kombinasiyasından ibarət bir proqram hazırlanıb həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsinin bankların xeyrinə çıxardığı qərar dollarla verilmiş kreditlərlə bağlı mübahisəya hüquq müstəvisində nöqtə qoysa da, digər müstəvilərdə mövcud olan və törəmə problemləri də həll etməkdən ötrü əlavə işlərin görülməsinə ehtiyac var. Yəni Konstitusiya Məhkəməsinin bankların xeyrinə çıxardığı qərar bir müddətdən sonra vəziyyəti bir qədər də mürəkkəbləşdirməməsindən və bank sektorundakı problemlərin həllinə real kömək göstərməsindən ötrü Mərkəzi Bank manatın 21 fevral devalvasiyasında sonra yaranmış yeni situasiyanı nəzərə alaraq pul -kredit siyasətini yenidən qurmalı, bank sistemindəki inhisarçılıq meyllərinin aradan qaldırılmasına, bank sektorunda sağlam rəqabət mühitinin formalaşmasına təsir göstərməli, bu işi stimullaşdırmalı, risk amilini bəhanə gətirərək tətbiq olunan soyğuncu xarakter daşıyan yüksək faiz dərəcələrini saxlamağa yardımçı rolundan, faiz dərəcələrinin aşağı salınmasına real yardımçı olmaq missisiyasını həyata keçirmyə başlamalı, kommersiya banklarını ucuz resursla təmin etmək işində səylərini artırmalı və həm də dolayısı yolla bu işə əlavə dəstək verməlilidir. Azərbaycanın qeyd etdiyimiz səpkidə bir proqramın həyata keçirilməsinə bütün parametrlər üzrə yetərincə və bəlkə də artıqlaması ilə potensialı var və həmin potensialdan sadəcə prioriteti dəyişib, dövlət və cəmiyyət maraqlarına uyğun səmərəli istifadə edilməlidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600