!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Şuranın “qatar”ı çoxdan gedib, eşidilən onun “taqqıltı”sıdır” – Partiya sədri

!Reklam – Yazi

“Orada toplaşan fərdlərin bir birlərinə ünvanladıqları söyüşlər və təhqirlər tragikomik serialın süjet xəttinə bənzəyir”.

Bu sözləri Milli Şuranın sosial şəbəkələrdə yayılan və ciddi müzakirələrə səbəb olan videokonfansında səsləndirilən fikirlərə münasibət bildirən Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri Ağadur Müslümov səsləndirib.

AMP sədri qeyd edib ki, Milli Şuranın daxilində baş verənlər artıq bu qeyri-ciddi qurum üçün sonun başlanğıcıdır:

“Bu videokonfrans pandemiya dövründə ölkə ictimaiyyətinə edilən “evdə qal” çağırışı fonunda insanların darıxmamaları məqsədi ilə çəkilmiş komediya serialıdır. Buna başqa ad vermək olmur. Orada toplaşan fərdlərin bir birlərinə ünvanladıqları söyüşlər və təhqirlər tragikomik serialın süjet xəttinə bənzəyir.

Virtual toplantı zamanı və ondan sonra yaşanan məlum olaylar, xüsusilə, cinsi azlıqlar üzərində baş verən daxili qalmaqallar, Eldəniz Quliyevin istefası və ittihamları da belə deməyə zəmin yaradır ki, Milli Şuranın “qatar”ı çoxdan gedib, eşidilən isə sadəcə, həmin “qatar”ın təkərlərinin “taqqıltı”sıdır.

Siyasətdəki o “köhnə”lərin bütün fəaliyyəti yalnız dövləti, Prezidenti, həyata keçirilən çoxşaxəli islahatları ləkələmək, şər-böhtan xarakterli qarayaxma kampaniyaları aparmaqdan ibarət olub.

Bu baxımdan, düşünürəm ki, yaradılan siyasi dialoq mühiti Milli Şuradakı qaragüruhçuları qısa müddətdə sıradan çıxaracaq. Hətta mən onlara “köhnə müxalifət” yox, ayrı-ayrı fərdlərin toplaşdığı qrup deyərdim. Çünki bunların mitinq və aksiyalarına qatılan iştirakçıların sayını da görmüşük”.

Aqil Bəkir

COP29

www.yenicag.az

886
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv