Millimiz Gürcüstanın “Martveli” klubuna qalib gəldi

media-hightechnic-468x90

On altı yaşadək basketbolçulardan ibarət millimizin Tbilisidə təlim-məşq toplanışı davam edir.

Yenicag.az Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Baş məşqçi Tahir Baxşıyevin yetirmələri ilk görüşündə “Martveli” klubunun U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəliblər. İkinci görüş “Dinamo Tbilisi” komandasına qarşı keçirilib. Basketbolçularımız həmyaşıdlarına 68:73 hesabı məğlub olublar.

Qeyd edək ki, hazırlıq prosesi aprelin 30-dək davam edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa