Millimiz Norveçə məğlub oldu

media-hightechnic-468x90

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 9-cu matçına çıxıb.

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda Norveçlə üz-üzə gəlib. “Dalğa Arena”da keçirilən oyunda millimiz ilk qələbəsini qazanmağı hədəfləmişdi.

Əvvəlki 8 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 2 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşmişdi. Təəssüf ki, futbolçularımız Norveçlə görüşdə də məğlubiyyətlə başa çatıb.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup

11 sentyabr

Azərbaycan – Norveç 1:3
Qol: B.Ekincier, 56 – B.Risa, 48. M.Torsbi, 50; 76.
Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino).
Bakı. “Dalğa Arena”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05