Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Norveç yığması ilə qarşılaşıb. Son turlarda ardıcıl üç məğlubiyyətə üzülən futbolçularımız uğursuzluq zolağından çıxmaq üçün Bakıda məğlub etdikləri bu rəqibdən Osloda da xal almağı hədəfləmişdilər.
Lakin təəssüf ki, millimiz bu dəfə də məğlubiyyətlə üzləşib. İlk yarıda penalti qoluna üzülən komandamız fasilədən sonra da Rəşad Sadıqovun avtoqolu sayəsində meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Bu məğlubiyyət komandamızın turnir cədvəlindəki mövqeyinə də təsirsiz ötüşməyib. Belə ki, yığmamız 5-ci pilləyə yuvarlanıb.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
1 sentyabr
Norveç – Azərbaycan 2:0
Qol: C.Kinq, 32-pen. R.Sadıqov, 60-öz qapısına.
Sarı vərəqə: B.Hüseynov, 31; 90. D.Nazarov, 63.
Qırmızı vərəqə: B.Hüseynov, 90.
Hakimlər: Daniel Stefanski, Robert Marçin Bonek, David Qolis, Bartoş Frankovski (hamısı Polşa).
Oslo. “Ulleval” stadionu.
Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alisami, 3. Yorgen Skyelvik, 6. Havard Nordtveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen (k), 9. Aleksandr Sorlot (10. Tarik Elyunussi, 73), 11. Mohamed Elyunussi, 15. Sander Berge, 16. Yonas Svensson (14. Omar Elabdullaui, 89), 20. Mats Moller Dehli (23. Co İnge Berget, 81).
Ehtiyat oyunçular: 12. Sten Qritebust, 22. Andre Hansen, 4. Siqurd Rosted, 5. Qustav Valsvik, 13. Anders Trondsen, 17. Martin Linnes, 19. Byorn Yonsen, 21. Birger Melinq.
Baş məşqçi: Lars Lagerbek.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (19. Rahid Əmirquliyev, 81), 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov (22. Əfran İsmayılov, 66), 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 17. Mahir Mədətov (11. Ramil Şeydayev, 62), 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
www.yenicag.az