21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.
Yenicag.az xəbər verir ki, 5-ci qrupun görüşündə rəqib Norveç yığması olub.
Oyunda hesabı millimiz açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub.
Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
16 oktyabr
20:15. Norveç – Azərbaycan – 1:1
Qollar: Leo Ostiqard, 76 – Fəhmin Muradbəyli, 9 (p)
Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. “Maryenlist” stadionu.
Xal durumu: Almaniya – 25, Norveç – 15, İrlandiya – 14, İsrail – 14, Kosovo – 12, Azərbaycan – 3 xal.
www.yenicag.az