Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarovun “Aue”dəki taleyinə aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, yarımmüdafiəçi Almaniya klubu ilə 2021-ci ilədək sözləşmə imzalayıb.
Qeyd edək ki, Nazarovun “Aue” ilə müqaviləsinin müddəti 2018-ci ildə başa çatacaqdı.
Maraq üçün onu da bildirək ki, Dmitri ötən mövsüm II Bundesliqa təmsilçisinin heyətində 9 qol vurub.
www.yenicag.az