Mingəçevirdə ağır qəza-Sürücü öldü

media-hightechnic-468x90

8080e0c536670caa4bd36279d76c05d7Mingəçevir şəhərində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə Mingəçevir Dövlət Dram Teatrının qarşısındakı böyük dairəvi yol ötürücüsündə baş verib. Şəhər sakini, 1958-ci il təvəllüdlü Abbasov Allahverdi Cəlil oğlu idarə etdiyi 20-CJ-852 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını ilə hərəkətdə olarkən dairəvi yol ötürücüsünə daxil olub və sola dönərkən idarəetməni itirib. Maşın dairənin səki daşına çırpılaraq aşıb. Sürücünün başı aşan maşının pəncərəsindən çıxaraq yerə dəyib və nəticədə aldığı ağır xəsarət səbəbindən Allahverdi Abbasov hadisə yerində dünyasını dəyişib. Məlumata görə, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi onun ölümünə səbəb olub.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600