“Mirzə Xəzər dəvətimizi qəbul etmişdi”

media-hightechnic-468x90

hjgjgyjtyfMilli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri Mirzə Xəzərin Milli Şuraya üzvlüklə bağlı müraciət etmədiyi, heç vaxt bir siyasi təşkilata üzv olmaq istəmədiyi barədə açıqlamasına münasibət bildirib.

C. Həsənli  açıqlamasında deyib ki, Mirzə Xəzər bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, kiminsə onu Milli Şuraya dəvət etməyə cəsarəti çatmaz.

Milli Şuranın sədri bildirib ki, M. Xəzərin bu açıqlamasından sonra ona müraciət ediblər: “Müraciət etdik ki, buyurun, sizi Milli Şuraya dəvət edirik. Mirzə Xəzər də dəvətimizi qəbul etdi, bizim tələblərə uyğun olaraq özü haqqında məlumatı göndərdi. Eyni zamanda Milli Şuranın üzvlüyünə razılığını da bildirdi. Lakin bir gün sonra xahiş etdi ki, biz onun məsələsinə baxılmasını dayandıraq. Sonra mətbuata hansı açıqlamalar verdiyini bilmirəm. Hər halda olan budur”.

Qeyd edək ki, mətbuata açıqlamasında Milli Şuranın hələ formalaşmadığını və ictimai rəyə təsiri çox zəif olduğunu bildirən M. Xəzər quruma üzvlüklə bağlı dəvəti rədd etdiyini, üzvlüklə bağlı Milli Şuraya müraciət etmədiyini bəyan edib.

O, heç bir şəxsdən, təşkilatdan və ya partiyadan asılı olmaq istəmədiyini, müstəqil, bitərəf və sərbəst olmağa üstünlük verdiyini söyləyib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600