Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Gecənin maraqla gözlənilən matçlarından biri Almaniyada oynanılıb. Səfərdə “Şalke”nin qonağı olan “Qalatasaray” rəqibinə 0:2 hesabı ilə uduzub.
Digər görüşdə “İnter” doğma meydanda “Barselona”nı qəbul edib. Oyunda qalib müəyyənləşməyib – 1:1. PSJ isə İtaliyada “Napoli” ilə qarşılaşıb. Həmin matçda da eyni hesab qeydə alınıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.
Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur
6 noyabr
A qrupu
21:55. “Monako” (Fransa) – “Brügge” (Belçika) – 0:4
Qollar: Vanaken, 12, 17, Uesli, 24, Vormer, 85
00:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
Qollar: Saul Niqyez, 33, Qrizmann, 80
B qrupu
00:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:1
Qollar: İkardi, 87 – Malkom, 83
00:00. “Tottenhem” (İngiltərə) – PSV (Hollandiya) – 2:1 (İkinci hissə)
Qollar: Harri Keyn, 78, 89 – Luuk de Yonq, 2
C qrupu
21:55. “Srvena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə) – 2:0
Qollar: Pavkov, 22, 29
00:00. “Napoli” (İtaliya) – PSJ (Fransa) – 1:1
Qollar: İnsinye, 63-pen. – Bernat, 45
D qrupu
00:00. “Portu” (Portuqaliya) – “Lokomotiv” (Moskva, Rusiya) – 4:1
Qollar: Herrera, 2, Mareqa, 42, Korona, 67 – Farfan, 59, Otavio, 90
00:00. “Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) – 2:0
Qollar: Burqştaller, 4, Mark Ut, 57
www.yenicag.az