“Mossad” Avropadan təhlükəsizliyi gücləndirməyi xahiş etdi

media-hightechnic-468x90

İsrailon xarici kəşfiyyat idarəsi (“Mossad”) Sidenydə Bondi çimrliyində baş verən terror hücumundan sonra dünyanın müxtəlif ölkələrindən Hanuka tədbirləri zamanı təhlükəsizliyi gücləndirməyi xahiş edib.

Yenicag.az bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Məlumatlarda bildirilib ki, təhlükəsizlik rəsmiləri yəhudi bayramının yaxın günlərində keçiriləcək ictimai toplantıların, eləcə də Milad yarmarkalarının terror qrupları üçün potensial hədəf ola biləcəyindən narahatdırlar.

Qeyd edək ki, Sidneydəki terror aktı nəticəsində atəş açanlardan biri də daxil olmaqla, 16 nəfər həlak olub. Daha 38 nəfər xəstəxanadadır, onlardan yeddisinin vəziyyəti kritik qiymətləndirilir. Avstraliya polisi hesab edir ki, terror aktını törədənlərdən biri İŞİD terror qruplaşması ilə əlaqəlidir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa