Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub.
Yenicag.az xəbər verir ki, o, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu və müayinə altında saxlanıldığı bildirilir.