“Ermənistanı Rusiyadan uzaqlaşdırmaq zərərlidir”.
Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.
Bu prosesin nəticəsi olaraq Pyotr Tolstoy “ABŞ səfirliyinin himayəsindədə” 2,5 min qeyri-hökumət təşkilatının olmasını, qrant, pul və cəmiyyətdə Rusiya əleyhinə fikirlərin yayılmasını göstərib.
“Rusiya-Ermənistan” ilk ictimai forumunun açılışında o, İrəvanı həm Rusiyadan, həm də Avropadan eyni vaxtda hər şeyi almağa çalışan “postsovet ölkələrinin səhvlərini təkrarlamamağa” çağırıb.
“Qarabağda son müharibə gedəndə, sözün əsl mənasında, hər həftə mənim kabinetimdə Ermənistan parlamentinin deputatları deyirdilər: “Zəhmət olmasa, zəng edin, deyin, bir şey edin, Rusiya prezidentinə müraciət edin, müharibəni dayandırın!” Bu gün isə bu deputatlar artıq yoxdur – heç yoxdur, heç kim yoxdur”, – Tolstoy belə söyləyib.
www.yenicag.az