!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Musa Yaqubla AYB arasında QALMAQAL: "Mənə şər atdılar"

!Reklam – Yazi

Tanınmış şair Musa Yaqubla Azərbaycan Yazıçılar Birliyi (AYB) arasında narazılıq yaşanıb. Buna Musa Yaqubun AYB barədə söylədiyi açıqlama səbəb olub.

Yenicag.az-a açıqlama verən şair məsələyə aydınlıq gətirib:

“Bir müddət öncə, saytların birindən mənə zəng edib, “AYB və digər qurumlarda çayxanaların olmasına necə baxırsınız” deyə sual verdilər. Cavab verdim ki, normal. Ardınca soruşdular ki, bəs çayxananın bara çevrilməsinə münasibətiniz necədir? Dedim ki, bunun əleyhinəyəm. Yazıblar ki, Musa Yaqub deyir ki, AYB-də əxlaqsızlıqla məşğul olan kafe fəaliyyət göstərir. Əvvələn, mənim məsələdən heç xəbərim olmayıb. Oturmuşam kənddə, şəhərdə nə baş verir xəbərim olmur. Digər tərəfdən mənim leksikonumda “əxlaqsız” sözü yoxdur. Bu açıqlama AYB-dəkilər tərəfindən çox pis qarşılanıb, onlar katibliyin iclasını keçirərək, məndən giley-güzar ediblər. Hətta deyiblər ki, Musa Yaqub İsmayıllının Buynuz kəndində ola-ola AYB-in kafesində baş verən əxlaqsızlıqdan necə xəbər tutub? Bu yazı ədəbiyyat qəzetində də dərc edilib, mənə indi deyblər. Çox pis oldum. Bir dəfə də başıma belə oyun açmışdılar. Bir jurnalistə demişdim ki, uşaq vaxtı malyariya xəstəliyinə tutulmuşdum, anam bir stəkan araq içirəndən sonra xəstəliyim keçdi. Yazdılar ki, Musa Yaqub 10 yaşından araq içir. Anam həmişə deyərdi ki, Allah bizi şəri-şeytandan, quru böhtandan, bir də məkr-zənəndən qorusun. Oturduğum yerdə mənə şər atdılar. AYB-dəkilərə demək istəyirəm ki, mənim orda nə baş verdiyindən xəbərim yoxdur. Mənə məsələnin məğzini danışmadan, ümumi sual veriblər, cavab vermişəm”.

Cəvahir

www.yenicag.az

2039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv