Müsavatda növbəti “Vurğun Əyyub” qalmaqalı

media-hightechnic-468x90

скачанные файлы (6)

Sevinc Hüseynova: “Şikayət olmasa məsələyə baxılmayacaq, amma…”

Müsavat Partiyasının Suraxanı rayon təşkilatı Vurğun Əyyubu yenidən partiyanın parlament seçkilərində namizədi kimi təsdiqləyib. Xatırladaq ki, bundan əvvəl də rayon təşkilatı V. Əyyubun namizədliyini vermişdi. Lakin Müsavat Partiyasının MNTK-ı Suraxanı rayon təşkilatının bu qərarını müəyyən şikayət əsasında ləğv etdi. Görəsən, bu dəfə MNTK rayon təşkilatının sözügedən qərarı ilə bağlı hansısa addımlar atacaq, ya yox? Yenicag.az-a açıqlamasında Müsavat Partiyası MNTK sədri Sevinc Hüseynova bildirdi ki, şikayət olmasa məsələyə baxılmayacaq:

“Şikayət olduqda bütün məsələlərə baxılır. Şikayət olanda araşdırılır. Burada Vurğun Əyyuba qarşı heç bir qərəzli münasibət yoxdur. Keçən dəfə şikayət var idi və özləri də razılaşdılar. İndi Suraxanı rayon təşkilatında həmin məsələ istiqamətində Şura iclasının keçirilməsi onu göstərir ki, həmin şikayət haqlı şikayət idi. O Şuranın qərarının ləğvi istiqamətində MNTK-nın verdiyi qərar da doğru idi. İndi rayon təşkilatı yeni şura iclası keçirib. Bununla bağlı hər hansı bir şikayət olmasa, Şuranın qərarı gücündə qalacaq. Amma bütün hallarda, verilən namizədləri Məclis təsdiq edəcək”. Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600