!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Müşfiqdən atmaca: "Qadının ayağını görən kimi ehtiraslanan kişi..."

!Reklam – Yazi

Aktyor Müşfiq Şahverdiyev Azərbaycanda “18+” anonsu ilə nümayiş olunan filmlərin bilet satışına təsir göstərməsindən danışıb.

Yenicag.az-a açıqlama verən aktyor belə filmlərə qadınlardan çox kişilərin maraq göstərdiyini deyib:

“Afişalarda “18+” yazısını görən kimi hamı ehtirasa gəlir. Elə bilirlər ki, film başdan-başa erotik səhnələrlə doludur, kimsə soyunacaq. Erotik səhnələr bilet satışına da təsirsiz ötüşmür. Qadınlardan çox kişilər fəallıq göstərir. Kişilər beyinlərində fantaziyalar qururlar ki, qadının ayağını göstərirlərsə, deməli, bədəninin başqa yerlərini də çəkiblər. Gəlib ehtirasla qadının ayaqlarına baxırlar, amma sonra görürlər ki, ayaqlardan başqa heç nə yoxdur”.

Aktyor filmlərdə istifadə olunan söyüşlərin də cəmiyyətdə birmənalı qarşılanmadığını deyib:

“Filmlərdə açıq-saçıq, ikibaşlı zarafatlar var, bu da əslində, normal qəbul olunmalıdır. Xarici filmlərdə istənilən qədər ağır söyüşlərdən istifadə olunur. Elə türk filmləri var ki, baxırsan söyüşün biri 1 qəpikdir. Onlarda şirin səslənir, gülürük, amma bizdə nədənsə, kobud çıxır. Deyirlər, “aktyor söyüş söydü””.

Cəvahir

Foto: Cəmalə

COP29

www.yenicag.az

3222
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv