Musiqi sərhəd tanımır: MESAM Bakıda “Qardaşlığın körpüsü”nü qurdu - FOTO

media-hightechnic-468x90

Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir və kütləvi tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman öz zəhmətlərindən layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gün musiqi sənayesinin ən aktual problemlərindən biridir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, məhz bu məsələlərin müzakirəsini təşkil etmək və sahə üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Türkiyə Musiqi Əsəri Sahibləri Peşə Birliyi (MESAM) Bakıda “Musiqi, Qardaşlığın Körpüsü” adı altında toplantı keçirib. Toplantıda Türkiyə ilə Azərbaycan arasında mədəni-bədii həmrəyliyin möhkəmləndirilməsi və müəllif hüquqlarının qlobal miqyasda qorunması istiqamətində mühüm müzakirələr aparılıb.

Tədbirin əvvəlində qurumun fəaliyyətini və inkişaf yolunu əks etdirən qısa film nümayiş olunub. Daha sonra çıxış edən MESAM İdarə Heyətinin sədri Recep Ergül təşkilatın prioritetləri və gələcək planları barədə ətraflı məlumat verib. O bildirib ki, 1986-cı ildə yaradılan MESAM 40 illik fəaliyyəti dövründə nəinki regionun, ümumilikdə dünyanın aparıcı müəllif hüquqları təşkilatlarından birinə çevrilib.

Hazırda 192 ölkədə üzvlərinin hüquqlarını qoruyan MESAM-ın 17 mindən çox üzvü olduğunu deyən R.Ergül vurğulayıb ki, qurum yalnız hüquqi müdafiə ilə kifayətlənmir, həm də qonorarların ədalətli toplanması və bölüşdürülməsini təmin edir. Onun sözlərinə görə, son illər rəqəmsal mühitdə şəffaflıq artırılıb, restoran və ictimai məkanlar kimi sahələr lisenziyalaşdırma sisteminə cəlb edilib.

Recep Ergül Azərbaycanla əlaqələrə də xüsusi toxunaraq, qurumun 400-ə yaxın azərbaycanlı üzvü olduğunu qeyd edib:

“Azərbaycan zəngin mədəniyyətə və dünya miqyaslı sənətçilərə sahib ölkədir. Azərbaycanlı müəlliflərin hüquqlarının qorunması istiqamətində Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq edirik. İnanırıq ki, birgə layihələr və ortaq mexanizmlərin tətbiqi bu sahədə mühüm nəticələr verəcək”.

Daha sonra MESAM nümayəndə heyətinin üzvləri – sədr müavinləri Selim Çaldıran, Hakan Sarıca, idarə heyətinin üzvü, tanınmış sənətçi Ahmet Şafak, üzvlər Mustafa Kul, Ferzində Kaya, baş katib Ali Haydar Yıldız, müğənni Elif Kaya və digərləri çıxış edərək tətbiq olunan texnoloji sistemlər barədə məlumat veriblər. Qeyd olunub ki, MESAM modeli həm hüquqi, həm də iqtisadi baxımdan digər ölkələr üçün effektiv nümunədir.

Tədbirdə iştirak edən azərbaycanlı sənətçilər və musiqi sahəsinin nümayəndələri də çıxış edərək rəqəmsal platformalarda hüquqların təmin olunması ilə bağlı suallarını ünvanlayıb, təkliflərini səsləndiriblər. Vurğulanıb ki, bu modelin ölkəmizdə tətbiqi rəqəmsallaşma prosesində qarşılaşılan problemlərin həllinə töhfə verə bilər.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli sənətkarların məzarlarını ziyarət ediblər. Həmçinin təşkilatın 40 illiyinə həsr olunmuş möhtəşəm qala gecəsi keçirilib. Azərbaycan və Türkiyənin klassik və müasir musiqi nümunələrinin səsləndiyi gecə böyük maraqla qarşılanıb.

Gecədə ölkəmizin tanınmış sənət adamları – Aygün Səmədzadə, Cəlal Qurbanov, Rauf Məmmədov, Məmmədbağır Bağırzadə və Əlibaba Məmmədovun övladları, Tahir Əkbərin həyat yoldaşı, Baba Vəziroğlu, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Şəbnəm Tovuzlu, Nazilə Səfərli, Elza Seyidcahan, Ruslan Səfəroğlu və digərləri iştirak ediblər.

media-f35e857f-9045-4337-bc06-5af9fd9ce7ec media-3ec932a4-3ee8-4957-ac7d-baeb0a9b7485 media-0cedaf31-fa82-4524-bdac-9b28406007c3 media-f6704757-e53e-4072-a383-50107fd80806 media-c7276b40-8186-42c2-89b2-6ebd736602cb media-2b91df1d-40d6-42f8-8db5-00bdf875f94f media-31ad51a5-3289-408a-b9be-4f0b50091aa4 media-3f14d266-ee87-49f4-8777-317b094b0a86

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05