Braziliyada yaşayan suriyalı qaçqın Ammar Kalş bu ölkədə bərbərliklə məşğul olmağa başlayıb.
Yenicag.az xəbər verir ki, onu digər həmkarlarından fərqləndirən əsas özəlliklərindən biri, müştərilərinin saçını… balta ilə kəsməsidir. O, öncə balta ilə saç düzəltməyi yaxın bir dostunun üzərində sınaqdan keçirib. Daha sonra isə Kalş bu tərzdə saç düzəltməsinin videosunu sosial şəbəkələrdə yerləşdirib. Məhz bunun sayəsində populyarlıq qazanan gəncin müştərilərinin sayı da xeyli artıb.
Suriyalı qaçqının qeyri-adi bərbərliyinin görüntüləri ilə sizi də tanış edirik:
–
www.yenicag.az