!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ölümündən əvvəl atam dedi ki..." -  Muxtar Maniyevin oğlu danışdı

!Reklam – Yazi

Azərbaycan kinosunda məxsusi yeri olub. Oynadığı obrazlarla adını milli kinomuzun tarixinə əbədi həkk edib. Cismən dünyasını dəyişsə də, yaratdığı obrazlarla mənən bu gün də yaşayır.

Xalq artisti, mərhum aktyor Muxtar Maniyevi deyirəm, bu gün doğum günüdür.

Sənətkarın oğlu Tural Maniyev atası ilə bağlı Yeniçağ.az-a danışıb:

“Atamın sənədlə doğum günü aprelin 4-üdür, əslində isə martın 29-da dünyaya gəlib. Allahın bir lütfidir ki, məhz martın 29-da atamın doğum günündə mənim oğlum dünyaya gəldi və adını Muxtar qoydum. Atamın ən böyük arzusuydu ki, mənim övladımı görsün. Amma əcəl buna imkan vermədi. Qismət elə gətirdi ki, atamın arzusu ölümündən sonra reallaşdı. Yəqin ki, doğum günündə atamın ruhu şaddır”.

T. Maniyev atası ilə bağlı xatirəsini də bölüşüb:

“O, kinonun fanatı idi, çəkiliş meydançasında özünü dünyanın ən xoşbəxti sayırdı. Həmişə bizə deyirdi ki, Maniyev soyadına layiq olun. Heç vaxt mənim adıma ləkə gətirməyin. Biz ona layiq övlad olmağa çalışdıq”.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv