“Nargis” jurnalı gürcü dilində

media-hightechnic-468x90

main_292İlk nömrənin baş qəhrəmanı Gürcüstanın birinci xanımı Maka Çiçya olub

Gürcüstanda “Nargis” jurnalının gürcü dilində nəşr edilən variantı çapdan çıxıb.
İlk nömrənin baş qəhrəmanı Gürcüstanın birinci xanımı Maka Çiçya olub.

Gürcüstanda “Nargis” adı ilə nəşr edilən jurnalın baş redaktoru “Tbilisi Moda həftəsi”nin təşkilatçısı və modeli Tako Çxeidzedir.

Baş redaktor jurnalın bədii tərtibatına xüsusi önəm verdiyini deyib. Gürcüstanın birinci xanımının foto-sessiyasını Quram Çibaxaşvili edib.

Jurnalda moda və dəb dünyasından olan xəbərlər, “Mədəniyyət”, “Sima”, “Sağlamlıq və gözəllik”, “Həyat tərzi” rubrikaları yer alıb.

Bundan başqa, jurnalın səhifələrində incəsənət, heykəltəraşlıq, ədəbiyyat, teatr, kino sahələrindən olan sənətkarlara xüsusi diqqət ayrılacaq. Jurnal 7 lariyə satılacaq.

Qeyd edək ki, Gürcüstanda nəşr edilən “Nargis” jurnalı Azərbaycanda 2013-cü ildən dərc edilən eyniadlı jurnalın gürcü variantıdır. “Nargis” jurnalının Azərbaycanda nəşr edilən ilk nömrəsi birinci xanım Mehriban Əliyevaya həsr edilmişdi(report.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600