Narkotik satan şəxslər tutuldu
Yenicag.az apa-ya istinadən bildirir ki, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakinləri – 1985-ci il təvəllüdlü, Arif Nizaməddin oğlu Dibirov, 1986-cı il təvəllüdlü, Elçin Qəhraman oğlu Cınıxov, rayonun Sarıbulaq kənd sakinləri 1993-cü il təvəllüdlü Kamandar Fikrət oğlu Baradov və 1994-cü il təvəllüdlü, Musa Rauf oğlu Dibirov Gərəkli kəndi ərazisində narkotik vasitə hesab olunan 971, 32 qram qurudulmuş marixuananı İlqar Sabir oğlu Atayevə 850 AZN-ə satarkən yaxalanıblar. Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılanlardan Arif Dibirov 2014-cü ilin iyul ayında yaşadığı evin həyətyanı sahəsində 4 ədəd çətənə kolu əkib və kultivasiya etdiyi kollardan 986,5 qram çəkidə qurudulmuş marixuana əldə edib. 23 yanvar 2015-ci il tarixində Arif Dibirov Elçin Cınıxov, Kamandar Baradov və Musa Dibirovla bir araya gələrək narkotik vasitəni Gərəkli kəndi ərazisində satmaq qərarına gəliblər. Arif Dibirovun yaşadığı evə baxış zamanı oradan 15, 18 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, Arif Dibirov, Elçin Cınıxov, Kamandar Baradov və Musa Dibirov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.