Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı

media-hightechnic-468x90

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən A.Rzazadə və N.Nəsirli saxlanılıblar.

media-banner_tkm

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Bildirilib ki, sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bundan əlavə, həyata keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini içkili vəziyyətdə, eləcə də müvafiq sənədləri olmadan idarə edən daha 9 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05