!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NASA səmada sərvət tapdı

!Reklam – Yazi

NASA Günəş Sistemindəki bir asteroiddə olan qiymətli maddələrin dünya iqtisadiyyatının 137 min qatı qədər dəyərli olduğunu aşkarlayıb.

Yeniçağ.Az “Publika.az”a istinadən xəbər verir ki, Yupiter və Mars planetlərinin arasında olan asteroiddə 10 katrilyon dollar dəyərində nikel, dəmir və qızıl kimi maddələr var. Dünya iqtisadiyyatının ümumi dəyəri isə 73,7 trilyon dollardır.

NASA 200 kilometr həcmində olan asteroidə 2023-cü ildə kosmik gəmi göndərmək istəyir. Lakin hələlik asteroiddəki dəyərli maddələrin yerə necə gətiriləcəyinin yolu tapılmayıb. Asteroiddəki maddələrin Yerə gətirilməsi dünya iqtisadiyyatı üçün xeyirli ola bilər. Lakin bunun kosmik mədənçiliyin yayılmasına və kosmosa səyahətlərin dəyərinin düşməsinə səbəb olacağı da istisna edilmir.

İndiyə qədər Yerə yalnız bir dəfə asteroiddən material gətirilib. Yaponiya Kosmik Agentliyinin “Hayabusa” adlı kosmik gəmisi 2010-cu ildə “25143 itokava” asteroidindən bir neçə parça toz gətirib.

Alimlər bu işi asanlaşdırmaq üçün asteroidləri solar-elektrik ion motorları ilə Yerə yaxınlaşdırmağı düşünür. Bu vasitə ilə göy daşlarından Yerin yaxınlığında böyük bir qaya düzəldilməsi planlaşdırılır. Bu, bir növ ikinci Ay olacaq.

Yeniçağ.Az

COP29

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv