NATO-dan YENİ HƏMLƏ: Nazirlər silah istehsalını artırmaq üçün toplaşacaqlar

media-hightechnic-468x90

Qərb koalisiyası hərbi arsenalın genişləndirilməsi məqsədi ilə hərəkətə keçir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu məsələ NATO ölkələri müdafiə nazirlərinin iyunun 15-16-da Brüsseldə keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq.

Məlumata görə, müdafiə nazirlərinin toplantısına Qərb ölkələri müdafiə sənayesinin 25 ən böyük şirkətinin rəhbərləri də dəvət olunub.

Görüşdə NATO ölkələrinin hərbi arsenalının genişləndirilməsi üçün silah istehsalının artırılması imkanları müzakirə ediləcək.

Bu barədə məlumat verən diplomatik mənbə bildirib ki, sözügedən təşəbbüs həm də Ukraynaya silah-sursat yardımının yetərli səviyyədə saxlanılması məqsədindən qaynaqlanır. Qeyd olunur ki, NATO ölkələri bu istiqamətdə yeni planın hazırlanması imkanlarını artıq nəzərdən keçirir.

Toplantıda “FN Herstal” (Belçika), “MBDA (Fransa-İtaliya), “Patria” (Finlandiya), “Rheinmetall” (Almaniya), “Nammo” (Norveç), KNDS (Almaniya-Fransa), “Leonardo” (İtaliya), həmçinin “Roketsan” (Türkiyə) kimi şirkətlərin iştirakı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600