Naxçıvan iqtisadiyyatının artım prioritetləri müzakirə edildi
“2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Naxçıvanda iqtisadi artımın prioritetləri müzakirə edilib.
“Report”un yerli bürosu bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, strategiyanın hazırlanması məqsədilə Naxçıvan üzrə yaradılmış “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun iclası keçirilib. Nazir, Alt İşçi qrupunun rəhbəri Kazım Hüseynəliyev qeyd edib ki, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün Naxçıvanda iqtisadi artımın təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin təkmilləşdirilməsi vacibdir.
İclas çərçivəsində 2027–2030-cu illərdə muxtar respublikada iqtisadi artım sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.m