Naxçıvanda ötən ay 4 vergi ödəyicisi qanunvericiliyi pozdu

media-hightechnic-468x90

Ötən ilin dekabr ayı ərzində Naxçıvan Muxtar Respublikasında 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Muxtar Respublikanın Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Xidmət və onun yerli qurumları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib.

Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması, 1 vergi ödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 vergi ödəyicisində isə aksiz markaları ilə markalanmalı olan malların markalanmadan satılması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600