Naxçıvanda yeni arxeoloji abidə kompleksi aşkar edildi…

media-hightechnic-468x90

llllllNaxçıvanda Qafqazda analoqu olmayan yeni arxeoloji abidə kompleksi aşkar edilib.

Bunu açıqlamasında AMEA-nın Arxeologiya İnstitutunun elmi əməkdaşı Qəhrəman Ağayev deyib. Onun sözlərinə görə, Naxçıvanın Şahtaxtı kəndi ərazisində eneolit dövrünə aid arxeoloji abidə yaşayış məskəni aşkar edilib və burada hazırda arxeoloji qazıntı işləri aparılır:

”Bu abidənin digər abidələrdən fərqləndirən cəhəti odur ki, burada tarix boyu yaşayış bir-birinin üstünə prinsipi əsasında qurulub. Yəni bir nəsil özündən əvvəlki nəslin yaşayış məskəninə toxunmadan onun üstündə tikilib və əvvəlki nəslin tarixi abidəsi saxlanılıb. Bu unikallığına görə, adıçəkilən arxeoloji qazıntının Qafqazda analoqu yoxdur”, – deyə Q.Ağayev vurğulayıb.

Bununla belə o hökumətin və yerli hakimiyyətin belə bir ciddi arxeoloji qazıntıya diqqət ayırmamasından ciddi narahatçılıq keçirdiyini dilə gətirərək, onların biganəliyindən şikayətləndi:

“Belə bir ciddi və ölkəmiz üçün əhəmiyyət daşıyan tarixi bir abidəyə biganəlik bizi sadəcə üzür. Odur ki. biz yerli iş adamlarına, ziyalılara müraciət edərək bizə dəstək vermələrini xahiş edirik. Bunu təkcə AMEA-nın səyi ilə başa çatdırmaq qeyri-mümkündür.”
Q.Ağayev onu da bildirdi ki, bizə yardım edən şəxs ancaq DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov olub və biz ona təşəkkürümüzü bildiririk.
Q.Ağayev əlavə etdi ki, biz bu abidənin Şahtaxtı Arxeoloji Açıq Muzey Kompleksi kimi fəaliyyət göstərməsi üçün AMEA-nın Naxçıvan bölməsinə təklif vermişik. Biz bu yolla xarici turistləri bura cəlb edə və öz tariximiz haqqında gələnlərə tarixi dəlillər barədə əyani sübutları təqdim edə bilərik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600