Nazir təhsil şöbələrini ittiham etdi

media-hightechnic-468x90

1ed20c38b8765424e6fc400eaef0dd07“Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində bəzi müəllim vakansiyalarının gizlədilməsi halları aşkarlanır”.

Yenicag.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil şöbələri tərəfindən müəllim vakansiyalarının müsabiqəyə çıxarılmaması hallarına rast gəlinir. Onun sözlərinə görə, bu hallar barədə ictimaiyyətə və aidiyyatı dövlət orqanlarına məlumatlar daima çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək.

M.Cabbarov qeyd edib ki, bu tədris ilində məktəb direktoru və direktoru olmaq arzusunda olan kadrlar üçün təlim kursları təşkil edilib, bir sıra direktorlar artıq məktəblərdə fəaliyyət göstərir. Yeni tədris ilində onlarla belə kursdan keçmiş direktorların yeni təyinatı gözlənilir: “Bundan əlavə, müəllimlərin etik davranış qaydaları təsdiq edilib. Buna uyğun yeni müəllim kimi fəaliyyətə başlayanlar müəllim andı içərək işə başlayıblar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600