Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirlikdən 39 minlik ziyanla bağlı polisə MÜRACİƏT

Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində, avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağacın yandığı məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 39.200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon Polis Şöbəsinə göndərilib.

www.yenicag.az

1784
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100