Nazirlikdən xəbərdarlıq

media-hightechnic-468x90

36130f124f802f6fc3e2ebcd47a27751Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Departamentndən  verilən məlumata görə, noyabrın 17-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi gözlənilir. Noyabrın 17-18-19-da havanın temperaturu gündüz saatlarında 8-10 dərəcə isti olacaq. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənilir.

Noyabrın 15-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600