Nazpəri Dostəliyeva nəvəsi ilə şəkillərini paylaşdı - FOTO

media-hightechnic-468x90

Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla fotolarını paylaşıb.

Müğənni uzun müddətdir görüşmədiyi nəvəsinin şəkillərinə bu sözləri yazıb:

“Allah heç bir bəndəsinə daşıya bilməyəcəyi dərdi verməz. Ya rəbbim, şükür sənə. Övladlarımızı qoru. Allahım, sən böyüksən”.

Qeyd edək ki, Tamerlan Dostəliyevanın vəfat edən oğlu Əlinin övladıdır. Mərhum ölümündən bir neçə il əvvəl həyat yoldaşından ayrılmışdı. Tamerlan anası ilə birlikdə Moskvada yaşayır. Nazpəri açıqlamasında nəvəsini görə bilmədiyini deyib./Axşam.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600