!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nazpəri Dostəliyeva: “Yaşı 50-60-ı keçən müğənnilərə televiziya pul verməlidir”

!Reklam – Yazi

Müğənnilərin verilişə getmək qarşılığında pul istəməsi yenidən şou-biznes aləminin əsas müzakirə mövzusuna çevrilib. Müğənni Elton Hüseynəliyevin bu məsələdə həmkarlarını qınaması bəzi müğənnilər tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən Xalq artisti Nazpəri Dostəliyevanın da bu məsələyə öz yanaşması olub.

O, bəlli yaşdan sonra istər televiziya, istərsə də dövlət tərəfindən sənətkarlara müəyyən məbləğdə vəsait ödənilməsini vacib sayıb:

“Dünyanın bir çox ölkələrində – Türkiyə, İsveçrə, Almaniya, Fransa, Norveç, Rusiyada olmuşam, ən möhtəşəm salonlarda solo konsertlər vermişəm. Uzun müddətli sənət fəaliyyətim və təcrübəmdən belə gördüm ki, xarici ölkələrdə sənət adamları efirə pulla çıxır. “Pulla çıxır” bir qədər kobud səslənir. Yəni, hər müğənninin əziyyəti qiymətləndirilir. Amma bizdə bu qəbul olunmaz, çünki hələ hazır deyillər.

O vaxtlar bacım da səhnəyə çıxırdı və bilirəm ki, Sovetlər dönəmində konsertlərdən, çıxışlardan müəyyən miqdarda Azərbaycan televiziyası tərəifndən müğənniyə qonorar ödənilirdi. Burada da müğənninin statusu, sənəti, xalq tərəfindən nə dərəcədə sevilməsi nəzərə alınırdı. Amma sonradan özəl televiziyalar fəaliyyətə başladı. Əksinə, gənc müğənnilər telekanallara pul ödəməyə başladılar. Əslinə qalanda, bu gün sənət adamları tərəfindən səslənən bu fikirlər düzgündür. Amma bəzən görürsən, bu fikir xoşagəlməz səslənir. Deyirlər, yəni televiziyaya çıxırlar, hələ bir pul da istəyirlər və s. Amma mən hesab edirəm ki, müasir dövrdə yaşayırıq, ölkəmiz heç də Avropadan geridə qalmır. Avropada yaşayan və sənəti təbliğ edən yaxşı sənətkarlar efirlərdən müəyyən məbləğdə pul alırlarsa, niyə bizdə bu təcrübə olmasın?! Pandemiya zamanı bu insanlar məcburiyyət qarşısında bütün sosial şəbəkələrdə maddi durumlarının ağır olduqları barədə paylaşımlar edirdilər. Halbuki o müğənnilər də xalqına, ehtiyacı olan insanlara kömək ediblər. Onların paylaşımları insanlar tərəfindən gülünc qəbul olundu. Amma müğənninin başqa yerdən qazancı yoxdur. Gəlir yeri yalnız toylardır. Müğənni kommersant deyil, başqa işin sahibi deyil. Mən gəncləri nəzərdə tutmuram, heç olmasa, yaşı 50-60-ı keçən müğənnilər mütləq və mütləq şəkildə qiymətləndirilməlidir. Səhnəmizdə çox müğənnilər var ki yaşı 60-ı keçib. Amma gənc görünürlər. Bütün bunlara baxmayaraq, hər aşiqin öz dövranı olur. Onların da dövlət, televiziya tərəfindən alacağı qonorara ehtiyacı var. Müğənni çoxdur, amma mən sənətkarları nəzərdə tuturam. O insanlar artıq bütün həyatlarını bir sənət adamı kimi fəaliyyət göstəriblər. Onlar başqa işin sahibi ola bilməzlər. Bu məqam nəzərə alınmalıdır və istər televiziya, istərsə də dövlət tərəfindən müəyyən vəsait almalıdırlar. Mən belə hesab edirəm”.

Cəvahir

www.yenicag.az

1355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv