Neandertalların böyük burnu: İllərdir, doğru bilinən YANLIŞ

media-hightechnic-468x90

Müasir insanın (homosapiens) ən yaxın qohumlarından olan Neandertallar haqqında davam edən mübahisələrdən biri onların böyük burunlarının funksiyası idi.

Yenicag.az xəbər verir ki, təxminən 40 min il əvvəl nəsli kəsilən neandertalların böyük burunlarına paralel şəkildə, soyuq və quru mühitlərə uyğunlaşmaq üçün geniş sinuslara sahib olduqları düşünülürdü.

Bu özünəməxsus burun quruluşunun havanı ağciyərlərə çatmadan əvvəl isitdiyi və nəmləndirdiyi güman edilirdi.

Lakin burun içi sümüklər zamanla deformasiyaya uğradığı üçün indiyədək neandertallara aid bir burun boşluğu araşdırıla bilməmişdi. Buna görə də sözügedən nəzəriyyə güclü sübutlarla dəstəklənmirdi.

“Perugia” Universitetindən Kostantino Buzi və komandası son dərəcə yaxşı qorunmuş nümunəni incələyərək bu nəzəriyyəni təkzib etdi.

Tədqiqatçılar 1993-cü ildə İtaliyanın cənubundakı Altamura şəhərində kəşf edilən və indiyədək ən tam neandertal skeletlərindən biri olan “Altamura adamı” fosilini araşdırıblar.

Skelet qalın kalsit təbəqəsi ilə örtülü olduğundan sümüklərə zərər verməmək üçün o, yerindən çıxarılmadan analiz edildi.

Alimlər endoskopik texnologiyadan istifadə edərək 130 min ilə 172 min il yaşı olduğu təxmin edilən nümunənin rəqəmsal modelini yaradıblar.

Nəticələri dünən 17 noyabrda PNAS adlı elmi jurnalda dərc olunan araşdırmaya görə, neandertalların daxili burun quruluşu unikal deyildi və müasir insanlarınkından ciddi şəkildə fərqlənmirdi.

Tədqiqatçılar bu insan növünün qısa ətrafları və kök bədən quruluşu ilə soyuğa uyğunlaşdığını, lakin burunlarının bu davamlılıqda rol oynamadığını bildirirlər.

Buzi burun boşluğunun quruluşunun soyuq mühitə uyğun geniş neandertal üzü ilə uyğun olduğunu deyir.

O əlavə edib: “Sadəcə desək, burunun iç tərəfinə baxaraq neandertalların soyuq iqlimə uyğunlaşmaq üçün öz həll yollarını inkişaf etdirdiyini görə bilərik.”

Yəni onların üzü bizimkindən fərqli bir model vasitəsilə soyuğa uyğunlaşmışdı.

Araşdırmada iştirak etməyən paleoantropoloq Todd Rae isə bu növün böyük burununun soyuq hava ilə əlaqəli olmaya biləcəyini söyləyir.

“Sussex” Universitetindən Rae qeyd edib: “Homo cinsinin bütün qədim növləri geniş burunludur. Çoxlu homo sapiens geniş burunludur; yalnız növün çox kiçik bir hissəsini təşkil edən Şimali Avropa/Arktika bölgəsi insanları geniş burunlu deyil”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa