“Qarabağ”la oyunda istəkli idik.
Yenicag.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov doğma meydanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XV turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qol şansları yarada bildiklərini söyləyib:
“Amma son nöqtəni qoya bilmirdik. Futbolçuların meydanda rahat olmadıqları sezilirdi. Belə qollar buraxmalı deyilik. İşimiz indi başlayır. “Neftçi”də çıxış edirsənsə, sənə bu cür oyunda qiymət verilir. Hədəflərimiz yüksəkdir. Çətin olacaq. Görüləcək işlərimiz də çoxdur. Görünməyən problemlər həddindən artıq çox idi. Amma hər şey yaxşıya doğru gedir. Futbolçuların oyunu haqqında çox danışmaq istəmirəm. Bugünkü hesab məni üzdü”.
Abasov nəticəyə görə məyus olduqlarını vurğulayıb:
“Stadionda atmosfer yaxşı idi. Buna görə azarkeşlərə təşəkkür edirəm. Çempionat qarşılaşmalarında sonadək vuruşacağıq. Kubokda da avrokuboka vəsiqə qazana bilərik”./Report/
www.yenicag.az