Neftin qiyməti sürətlə enir
Dünya bazarında neftin qiyməti kəskin şəkildə düşməkdə davam edir.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 3,16% düşüb. Belə ki, Brent-in bir barreli London birjasında 52,94 dollara satılıb.
WTI markalı neftin aprel fyuçeri isə 2,43% düşüb. WTI-nin bir barreli 43,73 dollarda qərarlaşıb.
Ekspertlər qiymətlərdə kəskin dəyişikliyin səbəblərindən biri kimi İrana qarşı iqtisadi sanksiyaların ləğv edilməsini göstərirlər. Bu sə “qara qızıl”ın ixrac edilməsini daha da artırıb.