Nərmini ağır depressiyaya salan HADİSƏ: “Heç kim bunu bilmirdi, çünki...”

media-hightechnic-468x90

“Atam dünyasını dəyişəndə çox ağır depressiya yaşadım. Mənəvi çöküşümün son nöqtəsi idi”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nərmin Kərimbəyova “Afaqla Onlar” verilişində deyib.

Sənətçi həyatının ən ağır dönəmindən danışıb və düşdüyü ağır depressiyadan necə xilas olduğunu dilə gətirib:

“Atam dünyasını dəyişəndə çox ağır depressiya yaşadım. Mənəvi çöküşümün son nöqtəsi idi. Elə bilirdim, hansısa psixi xəstəliyə tutularam. Çünki normal iş fəaliyyətimi yaşaya bilmirdim. Ətrafda bunu heç kim bilmirdi, hamıda hər şey yaxşı idi, çünki heç vaxt şikayətlənmirdim. Amma daxilən hiss edirdim ki, elə çökmüşəm buradan çıxa bilmirəm. Çöküşümün son nöqtəsi idi. Şirkətdə çalışırdım, normal işim var idi, çox böyük planlarım da ola bilərdi, ona görə ki, potensialım buna imkan verirdi. Yalnız musiqi dinləyirdim, məni xilas edən də musiqi oldu. O vaxt Dövlət Televiziyasında keçirilən beynəlxalq səs yarışmasının elanı gedirdi. Özümə dedim, get, bu, sənin yolun, bu, sənin qapındır. Eləcə getdim”.

Nehru

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600