“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Gəncədə keçiriləcək

media-hightechnic-468x90

 

 

2025-ci ilin 10 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Milli Dram Teatrının dəstəyi ilə “Nəsildən-nəslə teatr” layihəsinin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı yeni seminarı həmin teatrda keçiriləcək.    

Seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, səhnə plastikası, rejissor, aktyor və tamaşaçı  ünsiyyəti, səhnə əsərlərində aktyor mövqeyi kimi mövzulardan söhbət açacaq.

Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi  ilə sahəyə marağın artırılması və gənclərin cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600