Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Netflix”in Azərbaycan “versiyası” – “Əgər "Azflix" portalı patentləşdirilməsə…” - XƏBƏRDARLIQ

“Bu məsələ ilə bağlı Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müraciət etmək lazımdır”.

Dünyanın ən populyar onlayn serial və film platforması “Netflix” hesab olunur. Bu platforma uzun müddətdir ki, filmsevərlərin həyatına daxil olub. Hazırda sözügedən platformanın dünyanın əksər ölkələrində 130 milyondan çox istifadəçisi var. Koronavirus pandemiyasının dünyada sürətlə yayılması fonunda isə filmə meylli insanların “Netflix”-ə marağı daha da artıb.

Pandemiya dövründə başqa ölkələrlə yanaşı, Azərbaycanda da internet üzərindən film izlənməsinə yüksək səviyyədə maraq formalaşıb. Bu marağı nəzərə alaraq, Azərbaycanda “Azflix” internet kino portalı yaradılıb. Azərbaycan Film Akademiyasının nəzdində yaradılan “Azflix” internet kino portalının http://flix.az/ saytı üzərindən yayımlanması nəzərdə tutulub.

Bir çox parametrlərinə görə “Netflix” platformasına bənzəyən yerli “Azflix” internet portalının yaradılmasına münasibət bildirən hüquqşünas Ellada Bayramova Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “Netflix” platformasının analoqu yaradılarsa, onun patentləşdirilməsi vacibdir:

“Çünki qeyd olunan hər iki platformanın şriftlərində və formatında bənzərlik var. Əgər “Azflix” portalı patentləşdirilməsə, bu, onun üçün müəyyən problemlərə yol aça bilər.

Ona görə də bu məsələ ilə bağlı Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə müraciət etmək lazımdır. Çünki ad fərqli olsa da, formatdakı oxşarlıq araşdırılmalıdır. Əks halda, “Netflix” platforması yerli “Azflix”i məhkəməyə verə bilər”.

Gülşən Şərif

www.yenicag.az

3920
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100