Nigarın ən böyük QORXUSU: “Bunu heç bir qadına arzulamıram”

media-hightechnic-468x90

“Heç bir qadına bu təkliyi arzulamıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Nigar Şabanova “Günaydın Azərbaycan” verilişində deyib.

Sənətçi həyatda ən böyük qorxusundan danışaraq, göz yaşlarına hakim ola bilməyib:

“Həyatda ən böyük qorxum tənhalıqdır. Bəlkə də xoşbəxtliyi həyatımda yaşamadığım üçün tənhalıqdan qorxuram. Təklik çox üzücü bir şeydir, bütün günü işləyirsən, çalışırsan, kimlərin nə ehtiyacın var, onu qarşılayırsan, hamının işini tək həll edirsən. Sonra bəzənib-düzənirsən, çıxırsan səhnəyə, oxuyursan, alqışlanırsan. Konsert, toy bitir, işıqlar sönür, gəlirsən evə, açarı qapıya salırsan, qaranlıq bir ev səni gözləyir. Özünə çay süzüb oturanda baxırsan ki, bu qədər yaşadıqlarını bölüşəcək heç kim yoxdur həyatında. Ya göz yaşların damcılayır o sayın içinə, heç içmirsən, ya da gəlib yastığına sığınıb yatırsan. Heç bir qadına bu təkliyi arzulamıram. Bəzən mələk cildində bir adam gəlib girir həyatına. Yalançı sevgi ilə də ömür çürütməkdənsə, bəlkə elə bu yaxşıdır”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600