Rusiyada kompüter və smartfon istifadəçilərinə kiber hücumlarla bağlı xəbərdarlıq edilib.
Yenicag.az “topnews.ru”ya istinadən bildirir ki, Rusiyada Rəqəmsal Ekspertiza Mərkəzinin mütəxəssisləri insanlara kompüter və smartfonlarını hakerlərin hücumlarından qorumağın yollarını izah edib.
Onlar kompüterdə antivurus proqramının mütləq quraşdırılmasının vacibliyini vurğulayıb. Bundan başqa, istifadə edilmədiyi təqdirdə, kompüterin kamera və mikrafonunun bağlanmasını təklif ediblər. Bunu “skoç”, yapışqanlı lent və ya xüsusi vasitələrlə etmək olar.
Mütəxəssislərin dediklərinə görə, viruslar kompüter və smartfonlara düşdükləri halda, mesajları oxuya, sənədlərin surətini çıxara, cihazlardakı kamera və mikrafonları işə sala bilər. Bu yolla kiber cinayətkarlar internetdə axtardığınız informasiyaları, hansı filmə baxdığınızı, nədən danışdığınızı, nəylə maraqlandığınızı öyrənirlər.
Daha sonra əldə etdikləri bu məlumatlardan şəxsi mənfəətləri üçün istifadə edirlər.
Firuzə Alimova
www.yenicag.az