!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar parlament seçkiləri: Səsvermə başa çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə saat 19:00-da başa çatıb.

***08:01

Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.

Yenicag.az xəbər verir ki, seçkilər ölkə ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

COP29

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv