!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nura Surini təhqir edən şəxs tapıldı: “Özü də, ailəsi də zəng vurub üzr istəyir ki...”

!Reklam – Yazi

Müğənni Nura Surini təhqir edən şəxs hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə sənətçi özü açıqlamasında bildirib.

O, həmin adamın ruhi xəstəxanada olduğunu deyib:

“Haqqımda yazılan xəbərlərin altındakı şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim.

Azərbaycan polisi sağ olsun, şikayətimə baxıb, tapıblar. 3 gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm.

Mənim heç kəslə şəxsi qərəzim yoxdur, onları da tanımıram. Haqqımda, övladalarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam.

Polis cinayətkar axtarmaqdansa, klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb. Siz də gəlib üzr istəyəcəksiniz, bitəcək? Yox elə bir dünya.

Bundan sonra haqqımda nəsə yazanda, 10 dəfə düşünün. Birini də tutublar, dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır”.

Nehru

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv