!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nuradan QALMAQALLI AÇIQLAMA: “Bilərəkdən sizi telefona çəkib...”

!Reklam – Yazi

“”Qurandan don geyinsən” xeyri yoxdur, qorxaq qorxaq kimi, əclaf da əclaf kimi görəcək. Satqın, əxlaqsız, yaxşı, mərd də eyni. İnsanların sizin haqqınızda nə düşünüb, danışdığını önəmsəmədiyiniz gün azad insan olacaqsız, rahatlıq tapacaqsız”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

Sənətçi maraqlı fikirləri ilə diqqət çəkib:

“Dünənki mənlə bugünkü mən arasında çox fərq var. Özümü hər gün tərbiyə edirəm. Səbr etməyi öyrənmişəm. Əgər dünən biri yanımda səhv danışırdısa, həddini aşırdısa, masanı başına çevirərdim (etmişəm də). Bu gün susa bilərəm. Çünki insanları yaxşı tanıyıram. Sizi özünüzdən çıxarmaq üçün bilərəkdən edə bilərlər, telefona çəkib paylaşa da bilərlər. Səhv edən qalacaq kənarda, doğru, haqlı olacaq günahkar. Bu səbəblərdən diqqətli və səbirli olun.

İnsanların çoxu başqalarının yanında özlərini fərqli göstərməyə çalışdığı halda, mən kiminsə yanında roldan rola girmək istəmirəm. Amma yenə də özümü hər zaman kontrolda saxlayıram. Əvvəllər mübahisə edirdimsə, bu gün sadəcə susub baxıram və insanları gündən-günə daha da yaxşı tanımağı öyrənirəm.

Heç kəsə səhv olduğunu, haqsız danışdığını sübut etməyə çalışmıram artıq. Haqsızlığa da susmuram. Sadəcə bəzi insanların fikrini önəmsəməməyi öyrənmişəm. Və insanları yaxşı tanıdıqca da məsafə saxlamağa üstünlük verirəm.

Bizi zatən nə desək də, kənardakı özü kimi görür. Özü nəyə qadirdirsə, bizdə də eynisini görür.

Başqalarından özünüzə qarşı qəbul etmədiyinizi, başqalarına etməməyi öyrənin. Sizə hörmətsiz davranana da hörmətlə yanaşmayın. Sizdən üstün olduğunu sanar. Uzaqlaşın elə insanlardan. Məsafə saxlayın, bağlanmayın insanlara. Sizə zərbə vura bilməsinlər deyə, heç kəsi və heç nəyi ciddiyə almayın. O zaman nə dedikləri, nə etdikləri vecinizə olmayacaq. Hətta biri sizə yalan danışırsa, üzünə vurmayın siz də ona eynisini edin. Güzgü olun. Sabah soruşanda ki, niyə belə etdin, deyin bəs sən edəndə yaxşıdır, mən edəndə yox?!

Mən arada kirpi kimi oluram, iynələrim sancmaq üçün yox, özümü qorumaq üçündür. Bəzən bilmədən hansısa sözümlə kiminsə qəlbinə dəyirəm, sonra özüm əziyyət çəkirəm. Və o zaman özümə hörmətim artır. Vicdanım var demək ki. Güclü iradəm var, buna görə də özümə hörmətim artır. Çox xoş hissdir özünə dəyər vermək, öz səhvlərini anlayıb, onları bir daha etməmək. Başqalarına yaxşılıq etməkdən də zövq almaq gözəl hissdir, sənə edilən yaxşılığa dəyər vermək də”.

Nehru

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv