Nyu-York-Bakı təyyarəsi məcburi eniş etdi - SƏBƏB

media-hightechnic-468x90

Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilir ki, “Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.

Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilib, yemək və içkilərlə təmin olunublar.

Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.

Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05